Qabaqcadan tərcümə edilmiş mətnin sinxron oxunuşu
Qara qutu metodu
OBASTAN VİKİ
Sözlər
Sözlər (Sartr)
Requlyar ifadələr
Requlyar ifadələr (ing. regular expressions) — axtarış üçün formal dil və metasimvollardan (Simvol-cokerlər, ing. wildcard characters) istifadəyə əsaslanaraq mətnlərdə altsətirlərlə manipulyasiya həyata keçirmək. Axtarış üçün simvol, metasimvollardan ibarət olan və axtarış üçün qaydalardan ibarət sətir-nümunədən (ing. pattern) istifadə edilir. Mətnlərlə manipulyasiya etmək üçün əlavə olaraq yenə də xüsusi simvollardan ibarət ola bilən əvəzlənən sətirlərdən istifadə verilir.
Ədədi ifadələr
Əməl işarələri və mötərizələrin köməyi ilə təşkil olunmuş ifadəyə ədədi ifadə deyilir. == İfadənin qiyməti == Əməl qaydalarını gözləməklə ədədi ifadədə göstərilən əməllərin yerinə yetirilməsi nəticəsində alınan ədədə həmin ədədi ifadənin qiyməti deyilir == Dəyişəni olan ifadələr == Əməl işarələri və mötərizələrin köməyi ilə ədədlər və dəyişənlərdən təşkil olunmuş ifadəyə dəyişəni olan ifadə deyilir. == Hərfi ifadələr == Hərflərdən və Müxtəlif əməml işarələrindən ibarət olunmuşdur.
Qanadlı cücülər
Qanadlı həşəratlar (lat. Pterygota) — həşəratlar sinfinə aid heyvan yarımsinifi.
Qanadlı həşəratlar
Qanadlı həşəratlar (lat. Pterygota) — həşəratlar sinfinə aid heyvan yarımsinifi.
Qanadlı islimilər
Qanadlı İslimilər — mürəkkəb formalı islimi elementlərin sağ və sola açılan (yarpaqlarına) iki qollusuna deyilir.
Qanadlı raket
Qanadlı raket — pilotsuz idarə olunan uçuş aparatı. Qanadlı raketlər trapesiya formalı qanadı orta hissədə yerləşən monoplan və raketdən ibarətdir. Qanadlı raket təyyarə mərmi də adlanır. Hazırda dünyanın bir çox ölkələrində istehsal olunan müasir qanadlı raketlərdən strateji hücum vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulur. Məsələn, uçuş uzaqlığı 2500 km olan "Tomaqavk" qanadlı raketi sualtı qayıqlardan və gəmilərdən, AGM-86A tipli qanadlı raket isə strateji bombardmançı təyyarələrdən buraxıla bilər. Öz mühərrikinin köməyi ilə uçan qanadlı raketlər də var. Qanadlı raketin əsas xüsusiyyəti onun alçaq uçmaq (30–100 m) və hədəfi dəqiq vurma qabiliyyətidir.
Qanadlı zantoksilum
== Ümumi yayılması == Himalay dağlarında, Çin, Koreya və Yaponiyada yayılmışdır. == Botaniki təsviri == 2–4 m hündürlükdə,yarpağını tökən və ya həmişəyaşıl,budaqları çılpaq,qırmızımtıl-palıdı rəngdə olanağac və ya koldur. 2 sm uzunluqda cüttikanlıdır; gövdəsinin üzərindəki mərcilər хırda olub, açıq rəngdədir. Yarpaqları təklələkli, 6-20 sm uzunluqda olub, 6-11 ellipsvarı, lansetvarı, 3-12 sm uzunluqda yarpaqcığa malikdir. Yarpaqcıqlarının ucu iti, kənarı хırdadişli və ya tamdır, üstdən tünd yaşıl, altdan bir qədər açıq rəngdə olub, əsas damarları qəhvəyi tükcüklərlə örtülüdür. Yarpağının saplağı enli qanadlı və tikanlıdır. Çiçəkləri yaşıl rəngdə olub, хırda, bircinslidir. 2-5 sm uzunluqda süpürgələrə toplanmışdır. Qutucuğu 5 mm diametrdə olub, qırmızı və хallıdır. Toхumları qara və parlaqdır.
Ara sözlər
Ara sözlər — danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlər. Məsələn: Şairdir, görünür, düz ilqarı var. (Səməd Vurğun) Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, çən salamat qal. (Məmməd Araz) Ara sözlər ifadə formasına görə söz, söz birləşməsi və cümlə şəklində olur. == İfadə forması == === Söz şəklində === Bəlkə, əlbəttə, doğrusu, bircə, zənnimcə, məncə, yəqin, heyif, müxtəsər, əsasən və s. Yəqin, sən də getməlisən. Elşən, əsasən, doğru məlumat verdi. Müxtəsər, bu işi qurtarmalıyıq. Vüqar, zənnimcə, daha düzələr. === Söz birləşməsi şəklində === Sözün düzü, mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə və s.
Modal sözlər
Modal sözlər — danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsidir. Modal sözlər sintaksisdə cüzi dəyişərək ara sözlər adlanır. == Məna növləri == === Təsdiq (yəqinlik) bildirən modal sözlər === Əlbəttə (əlbəttə ki), əlbət, doğrudan (doğrudan da), təbii (ki), həqiqətən, sözsüz (ki), şəksiz, şübhəsiz, şübhəsiz ki, doğrusu, düzü, düzdür, doğrudur və s. Məsələn: Əlbəttə ki, düz sözə zaval yoxdur. Doğrudan da, insan gücü tükənməzdir. Sözsüz, qələbə gec-tez bizim olacaqdır və s. === Güman və şübhə bildirən modal sözlər === Gərək ki, yəqin (yəqin ki), görünür, deyəsən, yoxsa, olmaya, ehtimal ki, bəlkə, güman ki, olsun ki, və s. Məsələn: Görünür, düşmən bizim zəif yerimizi bilir. Gərək ki, sən onu tanıyırsan. Deyəsən, yağış yağacaq.
Mürəkkəb sözlər
Mürəkkəb sözlər və mürəkkəb ifadələr iki qardaş və mürəkkəb quruluşlu və ya daha çox sözü birləşdirərək dildə yeni bir mənanı ifadə etmək üçün əmələ gətirilən sözlərə deyilir (Kontaminasiya). Bu ifadələri məsələn, qızılgül, kitabxana, quldurbaşı, novruzgülü və s. təşkil edən sözlər səs düşməsi, səs törəməsi, söz növünün dəyişməsi və ya məna dəyişikliyi baxımından aralarına şəkilçi girməyəcək qədər formalaşırlar. Qeyri-müəyyən ismi söz birləşmələrindən, sifət birləşmələrindən, mürəkkəb feillərdən, reduplikasiyalardan, stereotipli flektiv feillərdən ibarət ifadələr yeni mənalar ifadə etdiyi zaman mürəkkəb sözlərə çevrilirlər. Söz yaradıcılığının mühüm vasitələrindən biri də bir neçə sözün birləşərək yeni mənalı mürəkkəb sözlər əmələ gətirməsidir. Mürəkkəb sözlər aşağıdakı müxtəlif yollarla əmələ gəlir: 1) İki müxtəlif mənalı sözün birləşməsi ilə. Məsələn: günəbaxan, dəvəquşu, yeraltı, əmioğlu, meşəbəyi, bağayarpağı, istiot və s. İki müxtəlif mənalı sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlər bitişik yazılır, lakin mürəkkəb saylar və mürəkkəb fellər ayrı yazılır. Məsələn, on iki, yüz iyirmi dörd, kömək etmək, şad olmaq, niyyət eləmək və s. 2) Yaxın mənalı sözlərin birləşməsi ilə.
Predikativ sözlər
Predikativ sözlər — söz-xəbərlər cümlədə heç bir suala cavab vermədən cümlənin müstəqil xəbəri ola bilən söz. Bu sözlərlə ismi xəbərlər ifadə olunur. Onların müstəqil xəbər olması üçün bu sözlər ya xəbərlik şəkilçisi qəbul etməli ya da idi imiş isə hissəciklərindən birini qəbul etməlidir.
Sayaçı sözlər
Sayaçı sözlər — qoyunçuluqla bağlı yaranan nəğmələrdir. Bu nəğmələrdə qoyun, quzu və keçidən danışılır. Sayaçı sözlər də çox zaman çəlikcə bayatıya oxşayır.
Çoxmənalı sözlər
Çoxmənalı sözlər — Əsas məna ilə bağlı olub bir neçə əlavə,törəmə mənada işlənən sözlərə çoxmənalı sözlər deyilir. Məsələn: üz – adamın üzü, suyun üzü, yorğanın üzü; göz – adamın gözü, bulağın gözü, şkafın gözü və s. Çoxmənalılıq yaradan sözlər həmişə eyni nitq hissəsinə aid olur. Məsələn: Həqiqi məna – polad balta (isim), gözəl mənzərə (sifət). Məcazi məna – polad bilək (isim), gözəl fikir (sifət) Bu zaman həmin sözlər və birləşmələr bir-biri ilə oxşar əlamətlərə malik əşyaları ifadə edir. Beləliklə, sözlərin çoxmənalılığı yaranır. Məsələn: alovun dili, çəkmənin dili, insanın dili, heyvanın dili. Bu söz birləşmələrindən insanın dili, heyvanın dili nümunələrində leksik vahidi həqiqi mənada, alovun dili, çəkmənin dili nümunələrində isə məcazi mənada işlənmişdir. Bütün sözlər çoxmənalı ola bilməz. Çoxmənalı sözlər, əsasən, bədii üslubda işlədilir.
Sehrli sözlər
Ovsun, əfsun — müxtəlif xalqların şifahi yaradıcılığında guya insanlardan bədbəxtliyi kənar etmək, onları xəstəlikdən qorumaq, xoşbəxtliyə çatdırmaq, varlanmaq, uğurlu ov, bol məhsul götürmək və s. gücünə malik olan müəyyən sehirli qüvvənin ifadə formulu. Hələ qədimdən insanlar öz arzu və istəklərinə çatmaq üçün müxtəlif ovsunlara müraciət edirdilər. Ovsunçuluq ən qədim magik təsəvvürlərlə bağlı olmuşdur. == Haqqında == Magik səciyyəli folklor aktı olan ovsunlar uzun bir təkmilləşmə yolu keçmiş və bu yolda özünə yaxın mərasim ünsürləri və folklor mətnləri ilə qarşılıqlı əlaqədə olmuş, bəzən onlarla çulğalaşmışdır. Buna görə də ovsunlar bəzən fal, tilsim və sehrlə eyniləşdirilir. Halbuki ovsunlar həm şəkil, həm də lüğəti məna və mahiyyətcə onlardan fərqlənir. Bəhlul Abdullanın yazdığına görə, nağıl və dastan süjetlərində sıx-sıx təsadüf edilən tilsimlər virdlə, lövhlə bağlıdır, onu bilən, icra edən də, əsasən, qara, neqativ qüvvələrin təmsilçisi olan cadügərlərdir. Ovsunlar isə bilavasitə gerçək yaşayış, xüsusən də ailə-məişət hadisələri çevrəsində təzahür edir. Ovsunlarda insanların normal yaşayışına mane olan, güzaran üçün qorxu, təhlükə törədən qüvvələrə qarşı mübarizə var və bu da əsasən ayin, mərasim, magik sözün sehrli təsir gücü ilə həyata keçirilir.
Tam cəbri ifadələr
Ədəd və dəyişənlərin vasitəsilə toplama, çıxma, vurma, bölmə əməllərinin iştirakı ilə düzəlmiş ifadələrə cəbri ifadələr deyilir. Əgər cəbri ifadədə dəyişənə bölmə yoxdursa, ifadə tam ifadədir. Tam ifadə həm birhədli, həm də çoxhədli ola bilər. Əgər cəbri ifadədə dəyişənə bölmə varsa, ifadə kəsr – rasional ifadə adlanır. Birhədli – ədəd, dəyişən və ədədlə dəyişənlərin hasilindən (hasildə dəyişənlərin natural üstlü qüvvətləri, sıfırda daxil olmaqla, nəzərdə tutulur) ibarət ifadədir. Ümumi şəkildə k ⋅ x m ⋅ y n ⋅ z p {\displaystyle k\cdot x^{m}\cdot y^{n}\cdot z^{p}} standart şəklə gətirilmiş birhədlidirsə, k {\displaystyle k} – əmsal adlanır və k ∈ R , ( m + n + p ) {\displaystyle k\in R,(m+n+p)} – cəminə isə birhədlinin qüvvəti (dərəcəsi) deyilir və m , n , p ∈ N = {\displaystyle m,n,p\in N=} {0;1;2;3;4;5;6;7;8;9}. Çoxhədli – birhədlilərin cəbri cəminə deyilir. Çoxhədlinin dərəcəsi ondakı ən yüksək dərəcəli birhədlinin dərəcəsinə bərabərdir. Bir dərəcəli bir dəyişənli çoxhədlini P 1 ( x ) = a x + b {\displaystyle P_{1}(x)=ax+b} , iki dərəcəli bir dəyişənli çoxhədlini P 2 ( x ) = a x 2 + b x + c {\displaystyle P_{2}(x)=ax^{2}+bx+c} kimi yazırıq. Burada a , b , c {\displaystyle a,b,c} bu çoxhədlinin əmsallarıdır və c {\displaystyle c} - yə həm də sərbəst hədd deyilir.
Dehxuda lüğəti
Dehxuda lüğəti (fars. لغت‌نامه دهخدا‎)- indiyə qədər ən böyük hərtərəfli fars dilində nəşr olunmuş lüğət ki 16 ​​cilddən ibarətdir. Tam iş davam edən bir prosesdir ki Dehxuda və digər mütəxəssislərdən ibarət heyətin qırx beş illik səylərin ehtiva edir. Fars dilinin izahlı lüğətini Pəhləvi İranında Dehxoda adlı görkəmli alim tərtib etmiş və “Lüğətinameyi Dehxoda” adı ilə 48 cilddə çap etdirmişdi. Lüğətə fars, türk, ərəb sözləri ilə yanaşı Pəhləvi dövründən qalan xeyli arxaik sözləri də toplayaraq onu praktik lüğətdən daha çox paniranist ideyaların iftixar mənbəyi olaraq formalaşdırmışdı. == İstinadlar == == Mənbə == The introduction section in the digital version of the Dehkhoda Dictionary, release 3.0. Tehran University Press. 2006.
Müin lüğəti
Müin lüğəti fars dilində lüğət.Müəllifi Məhəmməd Müindir.
Ojeqov lüğəti
"Rus dili lüğəti" — ümumi lüğətin normativ izahlı lüğəti. Sovet dilçisi S.İ.Ojeqov tərəfindən yaradılmışdır. == Tarixi və nəşrlər == S.İ.Ojeqovun leksikoqrafik fəaliyyətinin başlanğıcı (1900-1964), SSRİ Elmlər Akademiyasının Müxbir üzvü D.N.Uşakovun redaktoru olduğu dörd cildlik "Rus dilinin izahlı lüğəti" nin tərtibində iştirakı sayılmalıdır. 1930-cu illərin alimləri. Ojeqov, fəaliyyətinin əvvəlindən həm təşkilati, həm də lüğətin (sözləri D. N. Uşakov) "həqiqi hərəkətvericisi" halına gələn və "tərtib edən" işə qoşuldu. Böyük Vətən Müharibəsindən bir qədər əvvəl Uşakov Rus dilinin Kiçik İzahatlı Lüğətinin yaradılması fikrini irəli sürdü. Təşkilati məqsədlər üçün bir komissiya və daha sonra gələcək lüğətin bir nəşri yaradıldı. D.N.Uşakov baş redaktor təyin edildi və S.İ. Ojeqov lüğət planı tərtib etdi. 1942-ci ildə Uşakov öldü və lüğətin tərtib edilməsi ilə bağlı bütün işlər Ojeqova verildi. İlk materiallar radikal şəkildə yenidən işlənmiş və yenidən redaktə edilmişdir.
Orfoqrafiya lüğəti
Orfoqrafiya lüğəti — hər hansısa bir dilə aid nəşr olunmuş konkret, tam səhvsiz mənbə Orfoqrafiya lüğəti tam səhvsiz olmalıdır. Bu tipli lüğətlərdə səhvlərə yol verilməməlidir. Çünki orfoqrafiya lüğəti mübahisələrə son qoyan bir istinad mənbəyidir. Elə bu səbəbdən orfoqrafiya lüğətində ən adi səhv bağışlanılmır, bir hərf səhvinə belə bəraət qazandırılmır. Məlumdur ki, oradakı səhvlər belə istifadəçilər tərəfindən düzgün kimi qəbul olunur. Lüğətdə getmiş səhvləri iki başlıq altında birləşdirmək olar: ənənəvi və mexaniki səhvlər. Ənənəvi səhv deyəndə onu nəzərdə tuturuq ki, bu nəşr özündən əvvəlki nəşrlərdə yol verilmiş səhvləri özündə qoruyub saxlayıb. Azərbaycanda ilk dəfə orfoqrafiya lüğəti latın qrafikası ilə 1929-cu ildə nəşr edilib. Bundan sonra 1940, 1960, 1975-ci ildə orfoqrafiya lüğətləri nəşr olunub. 29 illik fasilədən sonra sonuncu dəfə orfoqrafiya lüğəti 2004-cü ildə işıq üzü görüb.
Tərcümə lüğəti
Tərcümə lüğəti — iki və daha artıq dillərin (onların bu və ya digər hissəsinin, yaxud hamısını) lüğət tərkibinin planlı şəkildə müqayisəsini əks etdirən lüğət. == Növləri == Ümumi leksika tərcümə lüğətləri — müəyyən qaydada düzülmüş müvafiq (adətən əlifba üzrə) tərcümə və (yaxud) digər dildə (müəyyən kontekstdə mümkün ekvivalentlərinin) sözlərin şərh edən lüğətlər. Elmi-texniki tərcümə lüğətləri iki cür olur: politexnik (ümumtexnik), ixtisas lüğətləri. Politexnik lüğətlərə elm və texnikanın bütün əsas qollarından terminlər, ixtisas lüğətlərində isə bir sahənin terminləri daxildir. Hər iki növ iki və çoxdilli ola bilər.
Slenq lüğəti
Slenq lüğəti — slenqlərin əlifba sırası ilə siyahısını ehtiva edən arayış kitabçası. Rəsmi istifadədə ümumiyyətlə qəbuledilməz xalq dili lüğətidir — adətən məna, tələffüz və etimologiya da daxil olmaqla hər bir söz üçün verilən məlumatlar daxildir. O, daha dünyəvi terminlərdən (məs. "yağış yoxlaması") gizli cinsi təcrübələrə qədər bir sıra jarqon terminləri müəyyən edə bilər. Bu cür əsərlərə müxtəlif dialektlərdən və jarqonlardan yaranan söz və ifadələr də daxil ola bilər ki, onlar daha geniş istifadə oluna bilsinlər. == Məşhur slenq lüğətləri == === XVII və XVIII-ci əsrlər === Slenq lüğətləri yüz illərdir mövcuddur. The Canting Academy, or Devil's Cabinet Opened 1673-cü ildə oğru fanatizmini təyin etməyə çalışan Riçard Head tərəfindən yazılmış XVII-ci əsrə aid jarqon lüğəti.Qədim və müasir terminlərin Yeni Canting Crey lüğəti — ilk dəfə 1698 ildə nəşr olunmuşdur. A Classical Dictionary of the Vulgar Tongue — Fransis Qros tərəfindən ilk dəfə 1785-ci ildə nəşr edilmişdir. Qrosun işi Con Camden Hottenin 1859-cu ildə Müasir slenq, zərflər və vulqar sözlər lüğətinə qədər, şübhəsiz ki, ən əhəmiyyətli ingilis dilli jarqon lüğəti idi. === Müasir dövr === Son illərdə daha çox akademik yönümlü lüğətlər xalq etimologiyası və yalan etimologiyadan irəli gələn problemlərdən qaçaraq, slenqlərə qəti bələdçi vermək cəhdi ilə etimoloji tədqiqatları bir araya gətirməyə çalışıblar.
Brokhauz və Efron ensiklopedik lüğəti
Brokhauz və Efronun ensiklopedik lüğəti (rus. Энциклопедический словарь Брокгауза и Ефрона, ЭСБЕ) – Fridrix Brokhauz və İlya Efron aksioner nəşr cəmiyyəti tərəfindən buraxılmışdır. (Peterburq, 1890-1907). Nəşr iki variantda buraxıldı – 41 əsas və 2 əlavə cild; 82 əsas və 4 əlavə cild. Hal-hazırda Brokhauz və Efronun ensiklopedik lüğəti 86 cilddən ibarətdir. Brokhauz və Efronun ensiklopedik lüğətində 121240 məqalə, 7800 şəkil, 235 xəritə vardır. == Tarixi == Ensiklopediyanın ilk variantı "Conversations-Lexicon" ensiklopediyasının alman dilindən rus dilinə tərcüməsi təşkil edirdi və oxucuların bir çoxunun tərcümənin keyfiyyətində narazılığına səbəb oldu. Baxmayaraq ki, tərcümədə iştirak etmək üçün nəşriyyata o dövrün ən tanınmış alim və filosofları dəvət edilmişdilər: D.İ. Mendeleyev, V.S. Solovyov, S. A. Venqerova, A. N. Beketova, A. İ. Voeykova və s. Sonralar "Conversations-Lexicon" ensiklopediyasına orijinal rus məqalələri daxil edilir ki, burada da əsas diqqət Rusiyaya, onun tarixinə, mədəniyyətinə və tarixinə aid mövzulara yönəldilmışdir. Tərcümə olunmuş məqalələrin orijinal məqalələrlə əvəz edilməsi, ensiklopediyanın bayağı lüğətdən elm və texnika sahəsində ən son kəşflər və yeniliklər haqqında məqalələr toplusuna çevrilir.
Brokhauz və Efronun ensiklopedik lüğəti
Brokhauz və Efronun ensiklopedik lüğəti (rus. Энциклопедический словарь Брокгауза и Ефрона, ЭСБЕ) – Fridrix Brokhauz və İlya Efron aksioner nəşr cəmiyyəti tərəfindən buraxılmışdır. (Peterburq, 1890-1907). Nəşr iki variantda buraxıldı – 41 əsas və 2 əlavə cild; 82 əsas və 4 əlavə cild. Hal-hazırda Brokhauz və Efronun ensiklopedik lüğəti 86 cilddən ibarətdir. Brokhauz və Efronun ensiklopedik lüğətində 121240 məqalə, 7800 şəkil, 235 xəritə vardır. == Tarixi == Ensiklopediyanın ilk variantı "Conversations-Lexicon" ensiklopediyasının alman dilindən rus dilinə tərcüməsi təşkil edirdi və oxucuların bir çoxunun tərcümənin keyfiyyətində narazılığına səbəb oldu. Baxmayaraq ki, tərcümədə iştirak etmək üçün nəşriyyata o dövrün ən tanınmış alim və filosofları dəvət edilmişdilər: D.İ. Mendeleyev, V.S. Solovyov, S. A. Venqerova, A. N. Beketova, A. İ. Voeykova və s. Sonralar "Conversations-Lexicon" ensiklopediyasına orijinal rus məqalələri daxil edilir ki, burada da əsas diqqət Rusiyaya, onun tarixinə, mədəniyyətinə və tarixinə aid mövzulara yönəldilmışdir. Tərcümə olunmuş məqalələrin orijinal məqalələrlə əvəz edilməsi, ensiklopediyanın bayağı lüğətdən elm və texnika sahəsində ən son kəşflər və yeniliklər haqqında məqalələr toplusuna çevrilir.
Sabit qanadlı təyyarə
Sabit qanadlı hava nəqliyyatı, qanadlarının quruluşu və irəliyə doğru hərəkətinin nəticəsində formalaşmış hava sürətinin yaratdığı daşıma ilə uçan hava nəqliyyatı vasitəsi. Bu baxımdan fırlanan qanadlı hava nəqliyyatından ayrılırlar.
быстрото́к иллюзиони́зм по часа́м предстоя́щее прому́чиваться спознава́ться трубокла́д уно́сный гуся́чий кактусово́д колго́тки кулачи́ще пристрочи́ть семиуго́льный швырять де́ньги на ветер колобоить -burger acousto- combo fellow creature imperium medal-ribbon brooch photocopier tie-pin мочеполовой